Azərbaycanda bu gün koronavirus infeksiyasına 1 yeni yoluxma faktı qeydə alınıb, 2 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Newscenter.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada COVID-19-dan ölüm faktı qeydə alınmayıb.
İndiyədək ölkədə ümumilikdə 792 759 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 998 nəfər müalicə olunaraq sağalıb, 9 713 nəfər vəfat edib. 48 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 706, bu günə qədər isə ümumilikdə 6 892 285 test icra olunub.