2014- cü ildən bu tərəfə, Azərbaycanda investisiya layihələrinin, istər yerli, istərsə də xarici şirkət və iş adamlarının fəaliyyəti nəinki inkişaf etməyib, hətta bu sahə ciddi şəkildə geriləyib.
Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə iqtisadçı ekspert Çingiz Şahbazi çıxış edib. O bildirib ki, hökumətin rəsmi statistik məlumatlarına baxsaq, Ümumi Daxili Məhsulun (ÜMD) həcmində artım görərik və hər dəfə də bu artan templə inkişaf etməkdədir:
"Əslində isə bu rəqəmlər həqiqəti əks etdirmir. Çünki, 2021- ilin rəqəmlərini, 2014- cü ilin rəqəmləri ilə müqayisə etsək, gorərik ki, ölkəmizə investisiya qoyuluşu iki dəfə aşağı düşüb. Bu müqayisə istər xarici, istərsə də yerli investorları əhatə etməkdədir. Sual çıxır ortaya, bəs hökumətin rəsmi statistik məlumatları yalandırmı? Onda ÜDM həcmi nəyin hesabına artır? Bu artım ölkəmizdə daim həyata keçirilən qiymət artımı nəticəsində baş verir və bunun da əsil adı sadə vətəndaşın cibinə girməkdir".
Mehman