Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cənub Şərqi Avropada Demokratiya Sammiti keçirilib-FOTOLAR

Cənub Şərqi Avropada Demokratiya Sammiti keçirilib-FOTOLAR


Dünyanın bir sıra dövlət başçılarının və hökumət rəhbərlərinin iştirakı Monteneqroda Cənub-Şərqi Avropa Demokratiya Sammiti keçirilib. Newscenter.az xəbər verir ki, sammitdə çıxış edən Kosova prezidenti Vjosa Osmani ölkəsinin bölgədə və ondan kənarda sülh və təhlükəsizliyə tərəfdar olduğunu, onun qorunmasında hər zaman fəal iştirak etdiyini vurğulayıb.

Sammitdə regional təhlükəsizlik məsələləri ilə yanaşı, Rusiya-Ukrayna müharibəsi və bu müharibənin Avropa, eləcə də dünya üçün yaratdığı təhlükələrdən, təhdidlərdən danışılıb.

Sammitdə çıxış edənlər region və beynəlxalq aləm üçün təhdid təşkil edən bu kimi təhlükələrə qarşı birgə səylərin ortaya qoyulmasının vacibliyini vurğulayıblar.



Mehman
Xəbəri paylaş