Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

KOBİA və Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyası arasında görüş keçirilib

KOBİA və Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyası arasında görüş keçirilib


Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən biznes assosiasiyaların qarşılaşdıqları çətinliklərin və təkliflərinin öyrənilməsi istiqamətində görüşlərini davam etdirir. Növbəti belə görüş Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyası (AFRA) ilə keçirilib.

Newscenter.az KOBİA-ya istinadən xəbər verir ki, görüşdə AFRA-nın İdarə Heyətinin sədri, “Novco” MMC-nin təsisçisi Fərid Novruzi və assosiasiyanın üzvləri iştirak ediblər.

Görüşdə şəxsi istifadə üçün xarici onlayn mağazalardan malların alışına vergi və rüsumların tətbiq edilməsi ilə bağlı qanunvericiliyə mümkün dəyişikliklər barədə təkliflərin hazırlanması üçün müvafiq sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maraqları ilə yanaşı, istehlakçıların da maraqlarının nəzərə alınmasına, eləcə də KOBİA və assosiasiya arasında əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

Sevinc
Xəbəri paylaş