Çin Xalq Respublikasının Moldova Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Yan Venbin Azərbaycanın Moldovadakı səfirliyini ziyarət edib.
Newscenter.az Azərbaycanın Moldovadakı səfirliyinə istinadən xəbər verir ki, fəxri qonaq Səfirliyin yaxınlığında yerləşən meydanda ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüb.
Azərbaycanlı həmkarı Qüdsi Osmanovla keçirdiyi görüşdə Yan Venben görkəmli dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bugünkü Azərbaycanın qurulmasındakı əvəzsiz xidmətlərindən söz açıb. O, həmçinin ölkəmizin regionda əsas rolunu vurğulayaraq, Azərbaycan və Çin arasında münasibətlərin yüksək səviyyədə olmasını müsbət faktor kimi qeyd edib.
Mehman