Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Pakistan Senatı Xocalı soyqırımını pisləyən qətnaməni yekdilliklə qəbul edib

Pakistan Senatı Xocalı soyqırımını pisləyən qətnaməni yekdilliklə qəbul edib


Pakistan Senatı Azərbaycan Respublikasının suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına ardıcıl və sarsılmaz dəstəyi bir daha təsdiq edib və otuz ilə yaxın davam edən işğaldan sonra ərazilərinin azad edilməsi ilə nəticələnən 2020-ci ildə tarixi qələbəsini böyük sevinclə qeyd edir.

Newscenter.az-ın məlumatına görə, bu barədə “Report” “İslamabad Post” qəzetinə istinadən xəbər verir.

Pakistan Senatı həmçinin Azərbaycanla diplomatik əlaqələrin 30-cu ildönümündə Xocalı soyqırımını pisləyən qətnaməni yekdilliklə qəbul edib.

“Senat öz uzunmüddətli və dəyişməz mövqeyini təsdiq etməklə yanaşı, Senatın Xarici Əlaqələr Komitəsi tərəfindən Xocalı soyqırımını pisləyən 2012-ci il 1 fevral tarixli qətnaməni bir daha təsdiq edir.

Senat Azərbaycan və Pakistanın iqtisadi əlaqələrin, ticarətin, sərmayələrin, insanlarla insanlar arasında təmasların yaxşılaşdırılmasında, habelə ikitərəfli və çoxtərəfli əməkdaşlığın bütün aspektlərində atılan mühüm birgə addımları, tarixi dostluq əlaqələrindən qaynaqlanan bir-birinin rifahını və təhlükəsizliyini hərtərəfli dəstəklədiyini bir daha bəyan edir”, - sənəddə vurğulanır.

Senat həmçinin Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə səmimi təbriklərini çatdırıb.
Xəbəri paylaş