Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rövşən Rüstəmov: "Cənab Prezidentin rəhbərliyi altında ölkəmiz artan qüdrətini bir daha nümayiş etdirmiş oldu"

Rövşən Rüstəmov: "Cənab Prezidentin rəhbərliyi altında ölkəmiz artan qüdrətini bir daha nümayiş etdirmiş oldu"


"6 aylıq gərgin hazırlıqların nəticəsi olaraq uğurlu bir “TEKNOFEST” baş tutdu. Uzun illər xatirələrdə yaşayacaq bu möhtəşəm aerokosmik və texnologiya festivalı 300 minə yaxın izləyicisi ilə tarixə düşdü".

Newscenter.az xəbər verir ki, bu fikirləri rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov səsləndirib. O bildirib ki, festivalın hazırlıqları boyunca təşkil edilmiş yarışlar texnoloji sahəyə gənclərdə böyük maraq yaradacaq:

"Ümid edirik ki, “TEKNOFEST Azərbaycan”ın iştirakçıları, ziyarətçiləri sırasından gələcəyin ixtiraçıları, alimləri, kosmonavtları çıxacaq".

Nazir müavini onu da qeyd edib ki, ölkəmiz daha bir uğurlu layihəyə ev sahibliyi etməklə Cənab Prezidentin rəhbərliyi altında ölkəmizin artan qüdrətini bir daha nümayiş etdirmiş oldu.

Sevinc
Xəbəri paylaş