Ukrayna ordusunun bölmələri Luqansk əyalətinin Toşkovka qəsəbəsini Rusiya hərbçilərindən azad edib.
Newscenter.az-ın məlumatına görə, “Report” Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Luqansk vilayət dövlət administrasiyasının rəhbəri Sergey Qayday bildirib.
"Kamışevaxi yaxınlığındakı Popasnaya istiqamətində düşmən iki kilometr geri oturdulub, Lisiçansk-Baxmut avtomobil yolu az atəşə məruz qalıb”, - Qayday bildirib.
Onun sözlərinə görə, Ukrayna hərbçiləri artıq Toşkovkada mövqe tutublar.
"Severodonetsk Ukraynanın nəzarətindədir. Düşmənin uğuru yoxdur", - Qayday əlavə edib.