Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zəngilan tezliklə Şərqi Zəngəzurun ən gözəl məkanlarından birinə çevriləcək

Zəngilan tezliklə Şərqi Zəngəzurun ən gözəl məkanlarından birinə çevriləcək


Bu günün Qarabağımızad aparılan quruculuq işlərinə baxdıqda ruhumuz dincəlir , qəlbimiz -könlümüz şad olur. Görülən işər isə təqdirə layiqdir.

Xüsusəndə əzəli torpqlarımız olan Qarabağa qayıdış və orda görülən və görüləcək yenidən qurma işləri sadəcə ölkəmiz deyil ölkəmizdən kənarda da böyük maraqa səbəb olur.

Yolların çəkilişi, aeroportların tikintisi, kənd və şəhərlərin bərbası, yeni və müasir texnologiyaların, innovasiyaların tətbiqi, “ağıllı” şəhərlərin və kəndlərin salınması, kənd təsərrüfatının qurulması onu göstərir ki, işğaldan azad edilmiş ərazilərimizin yeni siması heyrətamiz olacaq.
Yaxın günlərdə Ölkə Prezidentimiz Cənab Ali baş Komandan İlham Əliyev və Mehriban xanım Əliyevanın Zəngilan rayonun Ağalı kəndinə ziyarəti bugün dünya gündəmindədir. Ağalı kəndində “ağıllı kənd” layihəsinın başa çatması və orda görülən işlər Azərbaycanın texnologiya sahəsində hansı yeniliklərə sahib olduğunu sübut etdi.

Bu ilin yayında Ağalı kəndinin sakinləri uzun ayrılıqlardan - 28 illik fasilədən sonra Qurban bayramı ərəfəsində ilk dəfə ana torpağa qədəm qoydular, görülən işlərlə tanış oldular. Hamı yaxşı bilir ki, kəndlinin bütün ömrü bir evi tikməyə gedir. Darmadağın edilmiş bütün kəndin bir ildən də az vaxta tikilməsi və 1500 sakinin evlə təmin edilməsi heyrətamiz hadisədir, əfsanədir.

“Ağıllı kənd təsərrüfatı”nda isə kooperativ idarəetmə sistemini, müasir texnologiyalar əsasında qurulmuş tarla, bağ və fermaları dronlar vasitəsilə idarə etmək və nəzarətdə saxlamaq mümkün olacaq. “Ağıllı” təsərrüfatlar kəndlərdə meyvə, tərəvəz, ət və süd məhsulları istehsalını artırmağa, emal prosesini və satışı müasir tələblərə uyğun qurmağa imkan verəcək.

Artıq demək olarki bütün işlər yekunlaşmaq üzrədir və biz Erməmi işğalçılarının tarixini ərazisini yer üzündən silməyə çalışdığı bir ərazini dünya standartlarını qabaqlayan bir “ağıllı kəndə” yüksəltdik.

Jalə Əlizadə- Tərtər rayon Heydər Əliyev Mərkəzinin bələdçisi, YAP fəalı
Xəbəri paylaş