Mayın 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) 12 dini icma rəhbərinə qeydiyyatdan keçmək haqqında şəhadətnamələr təqdim olunub.
Newscenter.az xəbər verir ki, DQİDK sədrinin birinci müavini Səyyad Salahlı Azərbaycanda hökm sürən nümunəvi dövlət-din münasibətlərindən bəhs edərək, milli-mənəvi dəyərlərimizin qorunması, tolerant və multikultural ənənələrin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Bildirib ki, Azərbaycanda dövlət-din münasibətlərinin inkişafında, ölkəmizdə ictimai-siyasi, o cümlədən dini sabitliyin bərqərar olmasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olub. Sevindirici haldır ki, bu siyasət möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Yeni qeydiyyatdan keçmiş dini icma sədrlərinə şəhadətnamələri təqdim edən Səyyad Salahlı dövlətin din siyasətinin həyata keçirilməsində, milli-mənəvi dəyərlərimizin daha geniş formada ictimaiyyətə çatdırılmasında, vətənpərvərlik prinsiplərinin təbliğində dini icmaların üzərlərinə düşən vəzifələrdən danışıb, onlara ümummilli maraqlardan çıxış etmək tövsiyə olunub.
Qeyd edək ki, Dövlət Komitəsi tərəfindən dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan indiyədək 992 dini qurum dövlət qeydiyyatına alınıb. Konfessional baxımdan onlardan 955-i İslam, 37-i isə qeyri-islam (xristian – 26; yəhudi – 8; krişna – 1; bəhai – 2) təmayüllüdür.
Mehman