ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan Türkiyə liderinin rəsmi nümayəndəsi İbrahim Kalınla telefonla İsveç və Finlandiyanın NATO-ya üzv olmaq müraciətlərini, həmçinin Kiyevə dəstək və Ukraynanın kənd təsərrüfatı məhsullarının dünyaya ixracı problemlərini müzakirə edib.
Newscenter.az-ın məlumatına görə, “Report” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
“Onlar Rusiyanın davam edən təcavüzü fonunda Ukraynaya davamlı dəstəyi, eləcə də Ukraynanın kənd təsərrüfatı məhsullarının qlobal bazara çıxarılması üçün hər iki tərəfin səylərini müzakirə ediblər”, - deyə məlumatda bildirilir.
Ceyk Sallivan Türkiyənin Finlandiya və İsveçlə davam edən birbaşa danışıqlarına dəstəyini ifadə edib.