"Keşlə"nin (hazırkı "Şamaxı") sabiq futbolçusu Lorenso Frutos Argentinanın "Boka Unidos" klubundan qovulub.
Newscenter.az-ın məlumatına görə, "Report" xəbər verir ki, buna paraqvaylı hücumçunun sərxoş vəziyyətdə avtomobil idarə etməsi səbəb olub. İçkili halda sükan arxasına əyləşən 32 yaşlı forvard ağır yol qəzası törədib.
Vəziyyəti dəyərləndirən klub rəhbərliyi təcrübəli oyunçunun müqaviləsinə xitam verib.
Qeyd edək ki, Lorenso Frutos 2019/2020 mövsümündə "Keşlə"də çıxış edib.