Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Qarabağ" Avropanın çempion klubları arasında ilk "5-liy"ə düşüb

"Qarabağ" Avropanın çempion klubları arasında ilk "5-liy"ə düşüb


Avropa ölkələrində ən yaxın izləyicisindən daha çox fərqlə çempion olan futbol klubları açıqlanıb.

Newscenter.az-ın məlumatına görə, "Report" xəbər verir ki, "Sport-fm" nəşrinin araşdırmasına əsasən, ilk "5-lik"də Azərbaycan çempionu "Qarabağ" da yer alıb.

Mövsümü 69 xalla başa vuran və gümüş medalçı "Neftçi"ni 19 xal qabaqlayan "köhlən atlar" bu göstəriciyə görə Yunanıstan "Olimpiakos"u ilə birlikdə 4-5-ci yerləri bölüşdürür. Afina təmsilçisi 83, onun ən yaxın izləyicisi PAOK isə 64 xal toplayıb.

İlk pillədə Bosniya və Herseqovinanın "Zrinski" klubu yer alıb. 84 xala malik ölkə çempionu "Tuzla Siti"ni 27 xal qabaqlayıb.

İkinci sırada Avstriya "Zaltsburq"u (+25), üçüncü yerdə isə Bolqarıstan "Lüdoqorets"i (+21) qərarlaşıb.
Xəbəri paylaş