Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qarabağımıza Böyük Qayıdış başlayır

Qarabağımıza Böyük Qayıdış başlayır


May ayının 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva iştirak etmişdilər. Vətən müharibəsindən sonra ölkə Prezidentinin işğaldan azad edilmiş ərazilərə ardıcıl səfərləri böyük layihələrin təməlqoyma və açılışıları ilə bağlı olur. Dövlət başçısı aparılan işlərə birbaşa özü nəzarət edir. Belə maliyyə tutumlu layihələrin icra edilməsi məhz Azərbaycan dövlətinin öz vəsaiti hesabına həyata keçirilir. Əlbəttə bu cür layihələri güclü iqtisadiyyata malik olan ölkələr həyata keçirə bilər. Azərbaycanın güclü iqtisadiyyata malik olması bu cür layihələrin həyata keçirilməsinə imkan verir.

Müstəqillik günü ərəfəsində Ağalı kəndində “Ağıllı kənd” layihəsinin açılışı ilə Böyük Qayıdışa start verildi. Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur hər gün daha da canlanır, öz tarixi və əbədi sakinlərini qarşılamağa hazırlaşır.

Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan və bu gün Prezident cənab İlham Əliyev tərəfindən məharətlə davam etdirilən düzgün və məqsədyönlü siyasət ilbəil öz bəhrəsini verməkdədir. 44 günlük Vətən Müharibəsində əldə etdiyimiz möhtəşəm Zəfər də məhz məlum strategiyanın nəticəsidir. Bu günkü müasir Azərbaycan Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ərazi bütövlüyünü bərqərar etdi və bu gün belə nəhəng layihələr həyata keçirərək azad edilmiş torpaqların çiçəklənən bir diyara çevrilməsi istiqamətində qətiyyətli və sürətli işlər aparır.

May ayının 27-də, Ağalı kəndində “Ağıllı kənd” layihəsinin açılışı zamanı cənab Prezidentin söylədiyi nitq Azərbaycanın gələcək strategiyasının yol xəritəsidir. Həmin çıxışda mövcud reallıqlar, dövlətimizin gücü və əsl müstəqilliyin mahiyyəti haqda geniş bəhs olundu. Cənab Prezident öz mükəmməl nitqində belə bir fikir söylədi: “Əsl müstəqillik odur ki, sən müstəqil siyasət apara biləsən. 1993-cü ildən başlayaraq xalq Ulu Öndərə müraciət edib onu hakimiyyətə dəvət edəndən sonra əsl müstəqillik həyatımız başlamışdır”. Bəli, əsl gerçək budur. Məhz Heydər Əliyev dönəmindən sonra biz möhkəmlənməyə başladıq, ölkədə sabitlik yarandı, iqtisadi təməllər formalaşdı, dövlətçilik qorundu. İndi Azərbaycanımız artıq bölgənin lider dövlətidir. Cənab Prezident İlham Əliyevin həm daxili və həm də xarici siyasətdəki uğurları ölkəmizin nüfuzunu birə-beş artırıb. Vətən müharibəsindəki qələbəmiz isə Azərbaycanın adını dünya tarixinə qızıl hərflərlə yazdırıb.

Heç kimsənin şübhəsi yoxdur ki, işğaldan azad olunmuş bütün ərazilərimiz tez bir zamanda inkişaf edəcək, dirçələcək və arzuladığımız məqama gələcək. Artıq Böyük Qayıdış başlayıb, doğma Qarabağda infrastruktur formalaşır, bütün işlər sürətlə gedir. Mərhələ-mərhələ bütün hədəflərimizə çatırıq. İşğaldan azad olunmuş bütün ərazilərimizdə daha gözəl, daha yaraşıqlı və ağıllı kəndlər, şəhərlər, qəsəbələr salınacaqdır. Bu gün Qarabağ bütün dünyanın diqqət mərkəzində olan bölgədir.

Aslanova Aygün-YAP fəalı
Xəbəri paylaş