Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Region gənclərinə ictimai vəkillik təcrübəsi öyrədilir

Region gənclərinə ictimai vəkillik təcrübəsi öyrədilir


USAİD-in maliyyə, FHİ 360, Qeyri Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəz, MG Konsulting MMC-nin təşkilatçılığı ilə “Şəffaflıq naminə vətəndaş cəmiyyəti Layihəsi (ECSOFT) çərçivəsində Ailələrə Sosial Dayaq İctimai Birliyi “Region gənclərinin ictimai vəkillik təcrübəsi” adlı layihə icra edir.

Newscenter.az-a İctimai Birlikdən verilən məlumata görə, qarşıya qoyulan məqsədə uyğun olaraq Ağdaş və Yevlax gəncləri arasında təlimlər təşkil olunub. Təlimlərdə əsas istiqamət üzrə ictimai vəkillik maarifləndirmə tədbirlərinin və bacarıqlarının artırılması üzrə təlimlərin reallaşdırılması ilə bağlı tədbirlər həyata keçirilib.

Layihə çərçivəsində nəzərdə tutulan gənclərin fəaliyyətə təşviqi və onlara yeni biliklərinin praktikada tətbiq etmələri kimi ilk təcrübələrində kömək edilməsi nəzərdə tutulur.

Təlimlərə əsasən 15-29 yaş qrupuna daxil olan şəxslər cəlb olunub.

Mehman
Xəbəri paylaş