“PUA-lar Türkiyənin müttəfiqi olan Azərbaycanın 2020-ci ildə Qarabağı azad etməsində istifadə olundu”.
Newscenter.az-ın məlumatına görə, “Report” xəbər verir ki, bunu Türkiyənin “Baykar Savunma” şirkətinin texniki direktoru, “Bayraktar” pilotsuz uçuş aparatının (PUA) yaradıcısı Selçuk Bayraktar “Reuters”ə müsahibəsində deyib.
“Onlardan eyni zamanda Ukraynada istifadə olunur. Biz bununla qürur duyuruq. Bu, qanunsuz işğaldır. Yəni "Bayraktar TB2" Ukraynanın qürurlu insanlarına ölkələrinin müdafiəsində kömək edir. Qarabağın qanunsuz işğalı gəncliyimizdən bəri ürək yarası olaraq qalmaqda idi. Texnologiya ilə işləyən mühəndislər kimi, qardaşlarımıza torpaqlarını azad etməkdə kömək olmaq bizim üçün fəxrdir”, - o bildirib.