Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyənin artan gücü Azərbaycanı, Azərbaycanın artan gücü Türkiyəni gücləndirir

Türkiyənin artan gücü Azərbaycanı, Azərbaycanın artan gücü Türkiyəni gücləndirir


28 may 2022-ci ildə Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları, çox sevindirici haldır ki, Türkiyə Cümhuriyyətinin Prezidenti R.T.Ərdoğan başda olmaqla türk qardaş və bcılarımız, 104 il əvvəl müsəlman aləmində ilk dəfə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) növbəti il dönümünü təntənəli surətdə, böyük coşqu ilə qeyd etmişdir!

Azərbaycan xalqı AXC-nin yaradılmasında Türkiyəmizin ölkəmizə göstərdiyi qardaşlıq yardımını həmişə yüksək qiymətləndirmişdir və heç zaman unutmayacaqdır! Ona görə də, mübaliğəsiz demək olar ki, cəmi 23 ay yaşamasına baxmayaraq AXC həm Azərbaycan xalqının, həm də demək olar ki, qardaş Türkiyəmizin tarixində silinməz izlər büraxmışdır. Türkiyə əsl qardaşlıq nümunəsi göstərərək daim Azərbaycanımızn yanında olmuş, bu gün də belədir və bu özünü 44 günlük Vətən Müharibəsində əyani şəkildə sübut etmişdir. 28 may tarixində Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalında çıxış edən Prezident İlham Əliyev bildirmişdir ki: “30 il ərzində qardaş Türkiyə daim Azərbaycanın yanında olub. Biz 30 il ərzində bu dəstəyi, bu qardaşlıq dəstəyini hər zaman hiss etmişik, bu gün də hiss edirik və bu gün Türkiyə-Azərbaycan yenə də bir yerdədir”. İlham Əliyev xüsusi olaraq qetd etmişdir ki: ”Azərbaycan və Türkiyə daim bir-birinə dəstək göstərir. Bizim ölkələr yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birinin yanındadır. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır...İkinci Qarabağ müharibəsi zamanı Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi Azərbaycana əlavə güc verdi, ruh verdi, inam verdi. Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq”.

Türkiyə Cümhuriyyətinin Prezidenti R.T.Ərdoğanın Azərbaycan xalqının da Türkiyənin dar günündə onun yanında olduğunu qeyd etməsini, hər iki xalqın çətin gündə bir yerdə olduğunu bir daha xatırlatmasını, xüsusi qeyd etmək istərdim. T.T.Ərdoğan qeyd etmişdir ki:”1915-ci ildə Çanaqqalada, 1918-ci ildə Gəncədə, Bakıda və Azərbaycanın digər bölgələrində ürəklərimiz və biləklərimiz ortaq mübarizəmizdə yenidən bərabər olmuşdur...Bizlər kədəri də, sevinci də bir olan, sözdə deyil, əməldə də qardaş olan iki dövlətik, iki xalqıq”

Sevindirici halqdır ki, tarixi Şuşa Bəyannaməsinin imzalanması Türkiyə və Azərbaycanı rəsmən müttəfiqlik zirvəsinə ucalmışdır. İlham Əliyevin dediyi kimi:”Bu müttəfiqlik özünü hər yerdə göstərir – siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində”. Azərbaycan və Türkiyənin birlikdə olması artıq onları beynəlxalq güc mərkəzlərindən birinə çevirmişdir. Türkiyənin artan gücü Azərbaycanı, Azərbaycanın artan gücü Türkiyəni gücləndirir. Bu gün nəinki regionumuzda, həm də yaxın və orta şərqdə bu iki qardaş dövlətin rəyi nəzərə alınmadan hər hansı bir dəyişikliyin baş verməsi mümükn deyildir! Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!

Teyyub Əliyev-Azərbaycan Təkamül Partiyasının sədri
Xəbəri paylaş