Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vyana: "Putinlə danışıqlar aparılmalıdır"

Vyana: "Putinlə danışıqlar aparılmalıdır"


“Rusiya prezidenti Vladimir Putinlə danışıqlar istənilən halda aparılmalıdır”.

Newscenter.az xəbər verir ki, “Report”un məlumatına görə, bu barədə Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq “Puls 24” telekanalına bildirib.

Şallenberq Rusiya lideri ilə danışıqlar kanallarını saxlamağı vacib hesab edir:

“Hesab edirəm ki, Avstriyanın danışıqlar kanallarını açıq saxlamağa çalışması tamamilə düzgündür. İstənilən halda Putinlə danışıqlar lazımdır”.

Rusiyaya qarşı tətbiq edilən sanksiyalarla bağlı taxıl ixracı məsələsini şərh edən Şallenberq tədarükün dayandırılmasının nəticələrinin Rusiyaya da təsir edəcəyinə əminliyini ifadə edib.
Xəbəri paylaş