Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xaçmazda Qadın Resurs Mərkəzinin açılışı olub

Xaçmazda Qadın Resurs Mərkəzinin açılışı olub


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, BMT-nin İnkişaf Proqramı və ABŞ Beynəlxalq İnkişaf Agentliyi Xaçmaz Qadın Resurs Mərkəzinin açılışını edib.

Newscenter.az
xəbər verir ki, tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin missiya direktoru Cey Sinqx, BMT-nin İnkişaf Proqramın Azərbaycandakı nümayəndəliyinin proqram rəhbəri Leyla Fəthi iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayvelə görüşüb. İcra başçısı rayonun potensial imkanları və qadın sahibkarlara yaradılan şərait barədə ətraflı məlumat verib.

Daha sonra rayon rəsmləri və qonaqlar Qadın Resurs Mərkəzinin fəaliyyəti ilə tanış olublar. Məlumat verilib ki, mərkəz BMTİP-nin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə icra etdiyi və USAID-in maliyyələşdirdiyi “Sahibkarlığa və Məşğulluğa İqtisadi Dəstək” layihəsinin çərçivəsində istifadəyə verilmiş növbəti Qadın Resurs Mərkəzidir.

Xaçmaz Qadın Resurs Mərkəzi ilkin fəaliyyətlərinə 2020-ci ildə başlayıb. Mərkəzin rəsmi açılışı qlobal pandemiya səbəbindən həmin il mümkün olmayıb.
Fəaliyyətə başladığı gündən bəri Mərkəz 23 qadına öz biznesini qurmaqda dəstək olub, o cümlədən, 104 qadın üçün biznesin inkişafı, maliyyə savadlılığı, SMM kimi mövzularda təlimlər təşkil edib. Mərkəzin 280-dən çox üzvü var. Bu günə qədər Xaçmaz Qadın Resurs Mərkəzi faəliyyətləri çərçivəsində gender əsaslı zorakılıq qurbanlarından 70 nəfəri psixoloji dəstək alıb, 30 nəfərinə isə hüquqi xidmət təqdim olunub.

Rəsmi hissədən sonra tədbir iştirakçıları sərgi stendlərlə tanış olublar. Sərgidə müxtəlif sahibkar qadınların iş fəaliyyətləri eləcədə isthesal etdikləri məhsullar yer alıb.

Mehman
Xəbəri paylaş