Xarici diplomatlar “Kəlbəcər-1” Su Elektrik Stansiyasında (SES) görülmüş işlərlə tanış olublar.
Newscenter.az-ın məlumatına görə, “Report” xəbər verir ki, işğal dövründə dağılmış vəziyyətdə olan kiçik SES hazırda işləkdir.
Təkcə Kəlbəcərdə deyil, işğaldan azad edilmiş digər ərazilərdə yerləşən SES-lərin də bərpa ediləcəyi bildirilib.
Xatırladaq ki, Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Kəlbəcər rayonuna səfəri başlayıb. Səfərdə 50-dən çox ölkə və 10 beynəlxalq təşkilatı təmsil edən 80-dən çox diplomat və hərbi attaşe iştirak edir.