Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

DİN yanında İctimai Şura bir sıra tədbirlər keçirəcək

DİN yanında İctimai Şura bir sıra tədbirlər keçirəcək


Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın növbəti toplantısı keçirilib. Newscenter.az xəbər verir ki, İctimai Şuranın sədri Əliməmməd Nuriyev qəbul edilən qərarların icra vəziyyəti ilə bağlı məlumat verib. O, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovla keçirilən görüş barədə Şura üzvlərini məlumatlandırıb.

İctimai Şuranın planlaşdırdığı tədbirlər müzakirə edilib və iyun ayı ərzində keçirilməsi qərarlaşdırılıb. Məişət zorakılığı halları, narkomaniya qarşı mübarizə ilə bağlı keçiriləcək tədbirlərdə Şura üzvlərinin məruzəçilərdən biri olması, DİN-in aidiyyatı qurumları, QHT və media təmsilçilərinin iştirakı təmin olunması ilə bağlı tədbilər görülməsi barədə qərarlar qəbul edilib.

İctimai Şuranın fəaliyyətinin gücləndirilməsi ilə bağlı Şura üzvləri Mehriban Zeynalova, Rəfail Becanov, Mətanət Cəfərova, Nadir Adilov və Rauf Zeyninin təklifləri dinlənilib. Eyni zamanda İctimai Şuranın tərkibində yaradılan Polis orqanlarının müvəqqəti saxlama yerlərinin Monitorinq Qrupu və Yol hərəkətinin təşkili və təhlükəsizliyinin Monitorinq Qrupunun fəaliyyət planları müzakirə edilərək tədiqlənib!

Mehman
Xəbəri paylaş