Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Radioloq: "Heç kim bizdə meymunçiçəyi virusunun olduğunu inkar edə bilməz"

Radioloq: "Heç kim bizdə meymunçiçəyi virusunun olduğunu inkar edə bilməz"


Son günlər ölkəmizdə suçiçəyi xəstəliyinə yoluxanlar çoxalıb. Bu barədə sosial şəbəkələrdə də tez-tez məlumat yayılır.

Lakin çoxları bunun suçiçəyi yox, meymunçiçəyi olduğunu iddia edir. Lakin ölkəmizdə bunun dəqiqləşdirilməsi üçün test avadanlıqları olmadığından məsələ qaranlıq olaraq qalır.

Newscenter.az-ın cebhe.info-ya istinadən verdiyi xəbərə görə, radioloq Aydın Əliyev deyib ki, heç kim ölkəmizdə meymunçiçəyi virusunun olduğunu inkar edə bilməz:

"Müşahidələrim onu göstərir ki, son dövrlərdə ölkəmizdə suçiçəyi virusu geniş yayılıb. Suçiçəyinə qarşı olan peyvənd bizim ölkədə təəssüflər olsun ki, dövlətin peyvənd proqramına daxil edilməyib. Yəni dövlət tərəfindən suçiçəyinə qarşı peyvənd edilmir. Ona görə də hazırda bu xəstəlik geniş yayılıb. Heç kim bizdə meymunçiçəyi virusunun olduğunu inkar edə bilməz. Yalnız müvafiq səpkilərdən genetik PCR analizi götürülməlidir ki, bilinsin, bu suçiçəyidir, yoxsa yox. Yalnız səpkilərə, şikayətə görə demək olmaz ki, bu, dəqiq suçəçiyi, ya meymunçiçəyidir. Ən azından suçiçəyinə qarşı ölkədə kütləvi peyvəndlənmə aparılmalıdır".
Xəbəri paylaş