“Artıq bir “Akınçı” məsafəsində olan can Azərbaycanda “Texnofest” festivalında azərbaycanlı qardaşlarımızın “Bir millət, iki dövlət, tək festival” şüarı ilə necə qucaqlaşdıqlarının şahidi olduq”.
Newscenter.az-ın məlumatına görə, “Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) ölkə parlamentindəki qrup toplantısında çıxışı zamanı deyib.
“Azərbaycanlı qardaşlarımızın 28 May - Müstəqillik Gününü hər mənada göz qamaşdıran texnologiya festivalı ilə taclandırdıq. Ankarada və İstanbulda həyata keçirdiyimiz müxtəlif layihələri isə saymıram", - o söyləyib.