“Prezident İlham Əliyevin Türkiyədə Rize-Artvin Hava Limanının açılış mərasimində iştirak etməsindən sonra Prezident Rəcəb Tayyib Ərdoğanın Bakıda keçirilən “TEKNOFEST” festivalında iştirak etməsi bir daha Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını, möhkəmliliyini sübut etdi. Heç şübhəsiz ki, “TEKNOFEST” Azərbaycan-Türkiyə birliyinin növbəti nümayişi, möhtəşəm təzahürü oldu”.
Bunu Newscenter.az-a Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, bu gün nəinki regional, hətta qlobal miqyasında Azərbaycan-Türkiyə birliyi və qardaşlığı önəmli amilə çevrilib:
“Dövlət başçılarının qarşılıqlı səfərləri əsl qardaşlıq və dostluq nümunəsidir. Bu, həm Azərbaycan xalqına, həm Türkiyə xalqına, həm də bütün dünyaya bir mesajdır ki, iki qardaş ölkə bir yerdədir, birliyi sarsılmazdır və əbədidir. Eyni zamanda, bu, bir mesajdır ki, bundan sonra da Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bir yerdə irəli gedəcək, xalqlarımız bir-birinə daha da yaxın olacaq, dövlətlərimiz bundan sonra da uğurlu əməkdaşlıq edəcək”.
“Azərbaycan-Türkiyə birliyi dostluq, qardaşlıq və müttəfiqlik rəmzinə, mühüm regional təhlükəsizlik amilinə çevrilib” – deyən Ramil Vəlibəyov əlavə edib ki, dünyada dil və etnik baxımdan bir-birinə yaxın ölkələrin çox olması fonunda Azərbaycan-Türkiyə birliyi nümunəvi xarakter daşıyır.
Ruhiyyə