Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vaqif Abdullayev yazır: Uşaqların Mehriban dünyası

Vaqif Abdullayev yazır: Uşaqların Mehriban dünyası


Vətəni qorumaq uşaqları qorumaqla başlayır. Hər bir dövlət, hər bir cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün əsas vəzifələrindən biri hesab edir. Dövlətimizin yürütdüyü siyasətin təməlində uşaqlara xüsusi diqqət mühüm yer tutur. Prezident İlham Əliyevin sərəncamı ilə 2009-cu ilin respublikamızda “Uşaq ili” elan edilməsi balalarımıza məhəbbətin ən səmimi ifadəsi sayıla bilər.

“Bizim ən böyük arzumuz, əlbəttə, uşaqlarımızı, gənclərimizi savadlı, təhsilli və sağlam görməkdir” deyən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətində uşaqlara qayğı daim həlledici yer tutub. Onun uşaqlara sevgisi hüdudsuzdur. Onun fidan balalarımızla bağlı bir şüarı vardır: Azərbaycan uşaqlarını bəxtəvər görmək!

“Uşaqlara yaxşılıq nə qədər çox olsa, yenə azdır” deyən Mehriban xanımın nəcib missiyası gələcəyimizin əmanəti və zəmanəti olan balalarımızın sağlam və yaxşı təhsilli böyüməsidir.

Uşaqların ən yaxın dostuna və böyük himayədarına çevirilən Mehriban Əliyeva bildirir ki, bizim ən böyük arzumuz, əlbəttə, uşaqlarımızı, gənclərimizi savadlı, təhsilli və sağlam görməkdir. Çünki hər bir gəncin, hər bir uşağın gələcəyi onun təhsilindən, savadından, biliyindən asılıdır: “Ölkəmizin gələcəyini, sabahını siz - bugünkü gənclər, bugünkü uşaqlar təmin edəcəksiniz. Ona görə də bu gün sizin ən vacib borcunuz yaxşı təhsil almaqdır. Müasir dünyanın çağırışlarına cavab vermək üçün siz gərək hərtərəfli savada və biliyə malik olasınız. Siz gərək öz Vətəninizi sevəsiniz, vətənpərvərlik ruhunda tərbiyə olunasınız, eyni zamanda, bütün dünyaya açıq olasınız”.

Mehriban xanımın uşaqlara olan məhəbbəti o qədər hüdudsuzdur ki, O həyatının ən əziz günlərində də uşaqların yanında olur. Öz doğum gününü uşaqlarla birlikdə qeyd etməsi Onun üçün ən böyük sevinc, ən dəyərli hədiyyədir.

Mehriban Əliyeva hər il 1 iyun - Uşaqların Beynəlxalq müdafiəsi günündə gələcəyimiz olan balacaları unutmur, onlarla bir yerdə olur, balacaların ən ülvi arzularını gerçəkləşdirir, sevinclərinə sevinc payı qatır, Ana nəvazişi göstərir. O, bütün uşaqları xoşbəxt görmək istəyir. İnsanları uşaqlara daim qayğı göstərməyə, onları qorumağa, müdafiə etməyə, cəmiyyətin fəal iştirakçısı, fəal üzvü etməyə çağırır.
2004-cü ildə Azərbaycanda və Türkiyədə keçirilmiş rəy sorğularına görə Mehriban Əliyevanın “İlin xanımı”adına layiq görülməsində onun uşaq dünyasına göstərdiyi diqqət və qayğının əsas götürülüməsi də əbəs deyil. O, bütün uşaqların şirin və xoş dünyasıdır.

Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki
Xəbəri paylaş