Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BŞTİ-yə may ayında 11 455 müraciət daxil olub

BŞTİ-yə may ayında 11 455 müraciət daxil olub


May ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 11 455 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub. Bu barədə məlumat Newscenter.az-a İdarədən bildirilib.

Statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 8 296 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 1 461 vətəndaş müraciət edib.

May ayında BŞTİ-yə 1 218 sənəd (vətəndaşlar tərəfindən 400 ərizə, Təhsil Nazirliyindən 224, digər qurumlardan 198, məktəblərdən 272 məktub və 124 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 480 elektron müraciətə baxılıb.

Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, I sinfə qəbul, şagird yerdəyişməsi, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, işə qəbul, informasiya təminatı və digər məsələləri əhatə edib.

R.Mehdiyeva
Xəbəri paylaş