Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İçərişəhərdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş Şahmat Festivalı keçirilib

İçərişəhərdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş Şahmat Festivalı keçirilib


1 iyun 2022-ci il tarixində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi “AĞ AT” Şahmat Klubu ilə birlikdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş “Şah Kuboku” adlı Şahmat Festivalını təşkil edib.

Newscenter.az İdarəyə istinadən xəbər verir ki, Şirvanşahlar Sarayı Kompleksində təşkil olunan turnirdə peşəkar və həvəskar şahmatçılar, İdarənin əməkdaşlarının və İçərişəhər sakinlərinin övladları yarışıblar.

Turnirin yekunları üzrə qaliblər və iştirakçılar müvafiq olaraq kubok və xatirə sertifikatları ilə təltif ediliblər.

Sonda iştirakçılar Şirvanşahlar Sarayı Kompleksi ilə yaxından tanış olublar.



Mehman
Xəbəri paylaş