Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Şəmsi Səmədzadə Prezidentin ona göstərdiyi etimadı doğrultmaqdan ötrü çalışacaq” - Hafiz Hacıyev

“Şəmsi Səmədzadə Prezidentin ona göstərdiyi etimadı doğrultmaqdan ötrü çalışacaq” - Hafiz Hacıyev


“Prezident tək Şəmsi Səmədzadə üçün deyil, digər siyasi məhbus adlandırılan üçün də bu humanist addımı atdı”.

Newscenter.az xəbərt verir ki, bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Keçmiş ömürlük məhkum, əmisi oğlu Şəmsi Səmədzadənin azadlığa çıxmasının cəmiyyət tərəfindən maraqla qarşılanmasını PİA.az-a şərh edərkən qeyd edib.

Cənab Prezidentin Şəmsi Səmədzadə haqqında həqiqətləri biləndən sonra bu addımı atdığını vurğulayan partiya sədri bundan sonra da cənab Prezident tərəfindən bu cür humanist addımlar davam edəcəyini düşündüyünü bildirib:

“Burada əsas məsələ Şəmsi Səmədzadə deyil. Əsas məsələ Prezidentin atdığı addıma cəmiyyətin nəzərinin cəmlənməsidir. Cəmiyyət gözləmirdi ki, günahsız yerə həbs olunan və 23 il həbs yatan ömürlük məhkum əfv oluna bilər. Amma ölkə Prezidenti Şəmsi Səmədzadəni əfv etdi. Ölkə Prezidentinin humanist addımı, onun demokratik dəyərlərə böyük hörmət bəsləməsi, insanların azad, sağlam yaşamasını göstərməsi cəmiyyət tərəfindən böyük maraqla qarşılandı.

Şəxsən mən də öz adımdan bu humanist addım üçün cənab Prezidentə minnətdarlığımı bildirirəm. Zakir Qaralovun iddiasına, qoyduğu sərt mövqeyə görə iş adamının 23 il haqsız yerə həbs edilməsi yaxşı hal deyildi. Cənab Prezident Şəmsi Səmədzadə haqqında həqiqətləri biləndən sonra bu addımı atdı. Düşünürəm ki, bundan sonra da cənab Prezident tərəfindən bu cür humanist addımlar davam edəcək. Şəmsi Səmədzadənin də azadlığa çıxması xalqın, cəmiyyətin arasında Prezidentə olan inamın artmasına səbəb oldu. Çünki Prezidentin bu cür addım atması gözlənilməz idi.

Şəmsi Səmədzadənin cəza ilini aşağı da endirə bilərdilər. Amma Prezident həmişə olduğu kimi yenə də ədalətli bir mövqe tutdu. Bu addıma görə də mən böyük bir nəsil adından cənab Prezidentə öz minnətdarlığımı bildirirəm. Prezident böyük bir nəsilə xoş məramlı surpriz etdi.

Düşünürəm ki, Şəmsi Səmədzadə də bundan sonra ömrünün qalan hissəsini Prezidentin ona göstərdiyi etimadı doğrultmaqdan ötrü çalışacaq. Biz də çalışacağıq ki, Şəmsi Səmədzadə Prezidentin ona göstərdiyi etimadı doğrultması üçün əlimizdən nə gəlirsə, hamısını edək.

Onu da deyim ki, Prezident tək Şəmsi Səmədzadə üçün deyil, digər siyasi məhbus adlandırılan üçün də bu humanist addımı atdı. Prezidentin bu addımları da ölkə ictimaiyyəti tərəfindən çox yüksək səviyyədə qarşılanan məsələdir. Prezidentin humanist, ədalətli olmasını hamı bilir. Buna görə də onun bu cür addımları davam edəcək”.
Xəbəri paylaş