Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sədaqət Vəliyeva: Azərbaycan enerji sahəsində dünya miqyasında etibarlı tərəfdaş kimi tanınır

Sədaqət Vəliyeva: Azərbaycan enerji sahəsində dünya miqyasında etibarlı tərəfdaş kimi tanınır


Bu gün Azərbaycan dünya miqyasında digər sahələrdə olduğu kimi enerji sahəsində də etibarlı tərəfdaş kimi tanınır. Ölkəmiz tərəfindən böyük enerji layihələri icra olunur, dünyanın tanınmış enerji şirkətləri ilə müqavilələr bağlanır və Azərbaycan bir sıra dünya miqyaslı enerji tədbirlərinə ev sahibliyi edir. Azərbaycan növbəti dəfə mötəbər beynəlxalq tədbirə - Xəzər regionunun neft-qaz və enerji sektorunda ən nüfuzlu tədbir hesab olunan Bakı Enerji Həftəsinə ev sahibliyi etməkdədir. İyun ayının 1-4-aralığında davam edəcək Bakı Enerji Həftəsi çərçivəsində 3 böyük tədbir - 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa olunan Enerji sərgiləri və Bakı Enerji Forumu keçiriləcək. Keçirilən forum və sərgilərdə ümumilikdə 30 ölkədən 249 şirkət iştirak edəcək.

Bunu Newscenter.az-a Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev, Böyük Britaniyanın “ICA Group” şirkətinin İdarə Heyətinin məsləhətçisi Rassel Teylor və dünyanın enerji sahəsi üzrə tanınmış bir sıra nüfuzlu şəxsləri də iştirak və çıxış ediblər:

“Çıxış edən ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycanın öz enerji təhlükəsizliyini tam olaraq təmin etməklə yanaşı dünyanın bir çox ölkələrinin enerji təhlükəsizliyində böyük rol oynadığını diqqətə çatdırdı. Ölkəmizdə həyata keçirilən enerji siyasətindən və artıq bu il enerji sahəsində dünyanın iki aparıcı şikəti ilə keçirilən təməlqoyma mərasimindən məlumat verən cənab İlham Əliyev, İkinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərimizin, xüsusilə də Kəlbəcər və Laçının böyük enerji potensialını xüsusi vurğuladı”.

Daha sonra Azərbaycan prezidenti növbəti dəfə Zəngəzur dəhlizinin fəaliyyətinə start vermək istəyini və bu istiqamətdə işlərin həyata keçirildiyini, investisiya ilə bağlı artıq praktiki addımların atıldığını tədbir iştirakçılarının diqqətinə çatdırdı – deyən Sədaqət Vəliyeva əlavə edib ki, bu gün Azərbaycanın dünya miqyasında etibarlı enerji tərəfdaşı kimi tanınmasında və enerji sahəsində əldə etdiyi bütün uğurlar ölkə başçımız, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu və uzaqgörən enerji siyasəti dayanır.

Ruhiyyə
Xəbəri paylaş