“Litva xalqı Ukrayna üçün “Bayraktar TB-2”nin alınmasına şərəflə vəsait toplayıb”.
Newscenter.az-ın məlumatına görə, “Report” xəbər verir ki, bunu Selçuk Bayraktarın texniki direktoru olduğu “Baykar” şirkəti açıqlayıb.
“Bunu bilən “Baykar” şirkəti Litvaya “Bayraktar TB2” hədiyyə edəcək və toplanan məbləğin humanitar yardım üçün Ukraynaya göndərilməsini istəyəcək”, - şirkətin tviter səhifəsində qeyd olunub.
Litvanın milli müdafiə naziri Arvidas Anuşauskas isə Türkiyənin bu jestinə görə təşəkkürünü bildirib:
“Bu inanılmazdır. Az öncə Türkiyə Litva xalqının almaq üçün pul yığdığı “Bayraktar”ı təmənnasız şəkildə verməyə razılaşıb. Bu, möhtəşəmdir! Toplanan pula “Bayraktar” üçün lazım olan sursat alacağıq, qalan pul da Ukraynaya dəstəyə gedəcək. Təşəkkürlər, Türkiyə!”
The people of Lithuania have honorably raised funds to buy a Bayraktar TB2 for Ukraine.
— BAYKAR (@BaykarTech) June 2, 2022
Upon learning this, Baykar will gift a Bayraktar TB2 to Lithuania free of charge and asks those funds go to Ukraine for humanitarian aid.
🇹🇷🇺🇦🇱🇹@a_anusauskas@VSemeska@Lithuanian_MoD pic.twitter.com/3PjIyZiME5