Sahil Babayevin apardığı siyasət həm dövlətimiz, həm də veteran və qazilərimiz üçün bu gün gördüyümüz utandırıcı mənzərəni yaratmalı idi. Bir başa çəkinmədən deməliyik ki, dövlətimizin və hərbçilərimizin düşdüyü bu gülünc və biabırçı nəticənin günahkarı məhz nazir Sahil Babayevdir. Onun hansı məqsədə hansı niyyətə xidmət etdiyini anlamaq o qədər çətin deyil. İslahat, yeni baxış, yeni sistem adı ilə ümumən hərbçilərimiz qarşı elə mənfur siyasət yeridilir ki, heç kəs vətənini müdafiə etməsin-bundan ağır dövlət və xalq üçün hansı zərbə olar?
Hərbiçilərin pensiyasına artımlarını əngəlləyən, Fərman əsasında bütün təqaüdlər artırılan halda veteran pulunun qalxmasına imkan verməyən, Müzəffər Ordunun qalib əsgərlərinə, qazilərinə layiq olduqları hüquqi və sosial statusları, əlillik dərəcələrini verməyən Sahil Babayev dövlət büdcəsinə qənaətmi edir, yoxsa xalqda vətənpərvərlik ruhunu öldürür?!
Əgər dövlətimizin və xalqımızın başını uca edənlərə belə neqativ münasibət varsa, o münasibət bir başa dövlətimizə qarşıdır.
Həm dövlətimiz, həm də qazilərimizin yerinə utandıq. Düşmən qonşular əhatəsində bu vəziyyətin hansı təhlükələr yaratdığını anlayırsızmı, ya anlamaq istəmirsiz?
Axı niyə vəzifəmizi dürüst və layiqincə yerinə yetirmirsiz, dövlət və xalq arasında uçurum yaratmaqda məqsədiniz nədir ay cənab nazir?!
Vüqar Dadaşov-hüquqşünas