Qarabağ Azadlıq Təşkilatı (QAT) sosial şəbəkələrdə düşmən təbliğatı aparan şəxslə bağlı araşdırmaların aparılması, onun cəzalandırılmasına dair bəyanatla çıxış edib.
Newscenter.az-a təşkilatın mətbuat xidmətindən daxil olan bəyanatda qeyd edilir:
“Xeyli vaxtdır ki, müxtəlif adamlar, vətənpərvər insanlar bizə müraciət edir, Gül Tekin adı ilə bir şəxsin sosial şəbəkələrdə Azərbaycana dair təhqiramiz statuslar paylaşması ilə bağlı narahatlıqlarını bildirir, onun yazdıqlarını bizə göndərir, məsələyə müdaxilə etməyimizi istəyirlər. Gül Təkin adı ilə yazan bu şəxs Azərbaycanın dövlət adamlarını, ictimai-siyasi xadimləri, o çümlədən, M. Ə. Rəsulzadəni, Ə. Elçibəyi təhqir edir, Azərbaycanın Qarabağda qələbəsini qəbul etmədiyini ifadə edir, faktiki olaraq işğalçı Ermənistanı, Qarabağdakı erməni quldur dəstələrini müdafiə edir, " söküntü müstəqilliyi", " üçrəhli faşistlər" kimi təhqiramiz ifadələr işlədir, Sovet işğalı dövrünü, Azərbaycan SSR bayrağını təbliğ edir, millətçi ideologiyanın təmsilçilərini, "Bozqurd" işarəsini aşağılamaqdan çəkinmir və digər etikadankənar hərəkətlərə yol verir. Biz bu şəxsə müraciət edir, təhqiramiz hərəkətlərinə son qoymasını tələb edirik. Eyni zamanda hüquq- mühafizə orqanlarından onun bu hərəkətlərinin araşdırılmasını, onun barəsində ölçü götürülməsini tələb edirik”.
Mehman