Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakı-Şamaxı-Yevlax yolunda təmir işləri aparılır

Bakı-Şamaxı-Yevlax yolunda təmir işləri aparılır


Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 67-70-ci km-lik hissəsində cari təmir işləri icra olunur. Newscenter.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, təmir işləri yaxın bir-neçə gün ərzində davam edəcək və həftəsonuna qədər yekunlaşdırılacaq.

Təmir-bərpa işləri aparılan ərazidə əks istiqamət üzrə avtonəqliyyat vasitələrinin 2 tərəfli hərəkəti təmin edilib. Əks istiqamət üzrə 2 tərəfli hərəkətin təhlükəsiz və maneəsiz təmin olunması üçün ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb, müvafiq nişanlanma xətlərinin çəkilişi və müvəqqəti yol nişanlarının quraşdırılması işləri aparılıb.

Sürücülərdən təmir-bərpa işlərinin aparılmasına anlayışla yanaşmaları, sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Sevinc
Xəbəri paylaş