Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Çavuşoğlu Ceyhun Bayramovla birlikdə Türkiyə yığmasının oyununu izləyib

Çavuşoğlu Ceyhun Bayramovla birlikdə Türkiyə yığmasının oyununu izləyib


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birlikdə Türkiyə yığmasının oyununu izləyib.

Newscenter.az xəbər verir ki, bu barədə M.Çavuşoğlu tviter hesabında bildirib.

O, azərbaycanlı həmkarı Ceyhun Bayramovla birlikdə Türkiyənin qadın voleybolçulardan ibarət yığmasının oyununu izləməsi ilə bağlı paylaşım edib. Çavuşoğlu azərbaycanlı həmkarı ilə birlikdə Türkiyə voleybolçularının matçını izləməsini əks etdirən videogörüntünü paylaşaraq yazıb:

“Azərbaycan xarici işlər naziri Ceyhun qardaşımla Filenin Sultanlarını (Türkiyənin qadın voleybolçulardan ibarət komandası) Ankarada qələbəyə səsləyirik. Finalda yenidən Ankarada görüşənədək”.

Qeyd edək ki, Türkiyənin qadın voleybolçulardan ibarət yığması Belçika millisini 3:1 hesabı ilə məğlub edib. Ceyhun Bayramov həmkarını Türkiyə yığmasının qələbəsi münasibətilə təbrik edib.

Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğlunun dəvəti ilə Türkiyədə səfərdədir. Səfər çərçivəsində keçiriləcək görüşlərdə Türkiyə və Azərbaycan arasında ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunacaq.



Anar TAGIYEV
Xəbəri paylaş