Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

FAO-nun Azərbaycandakı ofisinin rəhbəri ölkənin şimal-qərb bölgəsinə səfər edib

FAO-nun Azərbaycandakı ofisinin rəhbəri  ölkənin şimal-qərb bölgəsinə səfər edib


FAO-nun ölkə üzrə rəhbəri Mələk Çakmakın ölkənin şimal-qərb bölgəsinə səfəri baş tutub.

Newscenter.az xəbər verir ki, səfər çərçivəsində FAO tərəfindən icra edilən işlərlə tanış olan Mələk Çakmak yerli qida dəyər zənciri üzə yaradılmış istehsal qrupları və qrupların istehsal etdiyi məhsullar ilə tanış olub.

Avropa İttifaqı tərəfindən maliyələşən, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) icra etdiyi “Azərbaycanın şimal-qərb bölgəsində dayanıqlı və inklüziv aqro-ərzaq sistemlərinin inkişaf etdirilməsi” layihəsi çərçivəsində Zaqatala bölgəsindən olan istehsal qrupları ilə görüş zamanı hazırki mərhələdə işlərin dəyərləndirilməsi, ehtiyacların müəyyən olunması, yerli qida nümunələrinin bölgənin inkişafında rolu və layihə çərçivəsində yaradılan bazara çıxış imkanları fermerlərlə müzakirə olunub. İstehsal qruplarının dəyər zənciri üzrə seçilmiş qida məhsullarının istehsalının dəstəklənməsi üçün layihənin verdiyi töhfələr və planlaşdırılan növbəti addımlar haqqında danışılıb. İstehsal qrupu üzvləri layihə çərçivəsində bizneslərin qurulmasına dair əldə etdikləri bilik və bacarıqların əhəmiyyətli rolunu qeyd ediblər.

“Bölgədə yerli qida məhsullarının inkişafına dəstək olan layihə kəndimizin qadınlarını bir araya gətirərək bizə yeni iş imkanları yaradıb, hazırda rəhbəri olduğum qrupun üzvləri öz ailə büddcəsinə dəstək ola bilir və gələcəyə daha inamla baxırlar” – deyə “Nərgiz” kənd qadınları fermer qrupunun rəhbəri qeyd edib. Görüşlər zamanı istehsal qrupları niquzi, qoz halvası, qoz mürəbbəsi kimi yerli və ənənəvi qida nümünələrinin hazırlanma prosesini qonaqlara təqdim ediblər.

Mələk Çakmak qruplarla görüşü zamanı yerli qidanın region, eləcə də Azərbaycan üçün əhməmiyyətini, üstünlüklərini layihə iştirakçıları ilə paylaşıb. Layihə çərçivəsində öyrənilən texniki və praktiki biliklərin davamlı inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Bölgəyə səfər zamanı Mələk Çakmak həmçinin, FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı “Azərbaycanda fındıqçılıq sahəsində səmərəliliyin və dayanıqlılığın sürətləndirilməsi" layihəsi çərçivəsində Zaqatalada yerləşən, “Agrarco MMC” şirkətinə məxsus iri həcmli emal müəssisəsinə səfər edib. Müəssisə tərəfindən emal olunan fındıq məhsulları, emal prosesi haqqında məlumat verilib və əyani şəkildə avadanlıqlarla tanış olunub. Qeyd edək ki, ən son texnologiyalarla təmin olunan müəssisə 20 min ton istehsal və 7 min ton ləpə qurutmaq gücünə malikdir. Səfər zamanı FAO və “Agrarco MMC” arasında ötən ay imzalanan memorandomun əməkdaşlığının növbəti addımları müzakirə olunub. Növbəti gün Azərbaycan Kənd Qadınları Assosiayasının “Kənd qadınlarının rəqəmsal bacarıqlarının artırılması” kampaniyası çərçivəsində baş tutaayıb.

Tədbirin sonunda "Azərbaycanın şimal-qərb bölgəsində dayanıqlı və yerli inklüziv aqro-ərzaq sistemlərinin inkişaf etdiriln tədbirdə çıxış edən Mələk Çakmak FAO-nun Kənd Təsərrüfatı sahəsində çalışan qadın fermerlərə dəstəyinin davam edəcəyini vurğulməsi" layihəsinin bir hissəsini olan fəaliyyətlər çərçivəsində kənd qadınlarına təsərrüfatlarında istifadə etmələri üçün müxtəlif elektron avadanlıqlar təqdim edilib.

Mehman
Xəbəri paylaş