Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hafiz Hacıyevin müavini dövlət qulluğuna keçdiyi üçün partiyadan istefa verib

Hafiz Hacıyevin müavini dövlət qulluğuna keçdiyi üçün partiyadan istefa verib


Xəbər verdiyimiz kimi Müasir Müsavat Partiyasının ideoloji məsələlər üzrə sədr müavini Könül İsmayılova istefa verdi. Bu barədə bir çox saytlarda məlumat yayıldı. Könül xanımın istefa səbəbi insanlarda maraq yaradı. 2015-ci ildən Müasir Müsavat Partiyasının sədri müavini olan Könül İsmayılovanın bu istefa səbəbini partiyanın sədri Hafiz Hacıyevdən öyrənməyə çalışdıq. Sualımıza cavab olaraq partiya sədri bildirdi ki, Könül xanım dövlət qulluğuna keçdiyinə görə partiyanın sədr müavini vəzifəsindən istefa verdi:

“Könül xanım partiyada Siyasi Şuranın üzv və İdarə Heyətinin üzvü olaraq qalır. Könül İsmayılova dövlət qulluğuna keçdiyinə görə partiyanın sədr müavini vəzifəsindən istefa verdi. Onun partiyamızdan ayrılmasında başqa səbəb yoxdur. Sadəcə olaraq prosedurlar bu cür olmalı idi.

Qeyd edim ki, Könül xanımın hal-hazırda Nizami rayonu İcra Hakimiyyətində işə başlayıb”.(pia.az)
Xəbəri paylaş