
Şənbə və bazar günü törədilən 115 cinayətin üstü “isti izlər”lə açılıb.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb. Bildirilib ki, yollarda 6 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 7 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.
Narkotiklərlə əlaqəli 58, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.
Mehman










































