Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ölkənin paytaxtını iflic vəziyyətinə salan belə bir yarışın keçirilməsindən nə fayda?

Ölkənin paytaxtını iflic vəziyyətinə salan belə bir yarışın keçirilməsindən nə fayda?


İnanmaram ki, heç bir Azərbaycan vətəndaşı Azərbaycan dövlətinin imicinin artmasına, tanınmasına qarşı olsun. Əvvəla qeyd edim ki, çoxlarımız Formula-1 yarışının Azərbaycan mərhələsinin əleyhinə yox, onun keçirilmə qaydasına, təşkilinin üslubuna qarşıyıq. Ölkənin paytaxtını iflic vəziyyətinə salan, insanların hüquqlarını pozan belə bir yarışın keçirilməsindən nə fayda, xarici turistlərmi gəlsin, dincəlsin, kef eləsin, yerli əhali də əziyyət çəksin? Özünə hörmət etməyən, başqasının hörmətini qazana bilməz. Hansı məntiqə sığınır bu yanaşma axı, başqalarının xoşuna gəlməkdən ötəri özümüzü qurban verməliyik?!

Həm Konstitusiyamıza, həm dinimizə görə ali məqsəd insana xidmətdir. İnsanların hüquq və azadlıqları eyni zamanda başqaların hüquq və azadlıqları ilə məhdudlaşır. Formula-1 fonunda bu isə o deməkdir ki, əhalinin də hüquqları nəzərə alınmalı və yarışın keçirilmə yeri düzgün seçilməli, heç bir problem yaratmamalı idi.

Əksinə elə bir yerdə bu yarış təşkil edilməli idi ki, kiçik və fərdi sahibkarlığın da inkişafına səbəb olardı. Nə tıxaclar olardı, nə məktəblər bağlanardı, nə də insanlar narazı qalardı.

Görün vəziyyət nə həddə çatıb ki, 6 məktəbdə tədris dayandırılıb-distant formaya keçib nədi-nədi yarış naminə hətta uşaqlarımızı, təhsilimizi belə arxa plana keçirmişik.

Əgər bu Formula-1 belə vacibdirsə, onda qanımız canımız bahasına işğaldan azad etdiyimiz ərazilərdə bu yarış təşkil olunsun. Həm də ərazilərimizə beynəlxalq ictimayyətin diqəətini cəlb edək, həm məskunlaşma tez həyata keçsin, iş yerləri açılsın və sairə.
Bəli, bəla elə ondadır ki, hər şeyi bilənlər, bizdən hər şeyi yaxşı bilir və yaxşı anlayır, amma...

Vüqar Dadaşov-hüquqşünas
Xəbəri paylaş