Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sosial Xidmətlər Agentliyinin rəhbərliyi vətəndaş qəbulu keçirəcək

Sosial Xidmətlər Agentliyinin rəhbərliyi vətəndaş qəbulu keçirəcək


İyunun 10-da saat 11:00-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Yevlax şəhərində Vətəndaş Qəbulu keçirəcək.

Newscenter.az Agentliyə istinadən xəbər verir ki. qəbulda Yevlax rayonu ilə yanaşı Mingəçevir və Ağdaş sakinləri də iştirak edə bilərlər. Qəbulda Agentliyin fəaliyyət istiqamətlərinə aid bütün məsələlər, imtiyazlı şəxslərin mənzil (fərdi ev) təminatı, avtomobil təminatı, səyyar sosial xidmətin təşkili, sanatoriya-kurort yollayışları ilə təminat, şəhid ailə üzvünün vəsiqəsi ilə təmin edilmə və s. ilə bağlı müraciətlər cavablandırılacaq.

Adı qeyd edilmiş rayon sakinləri iyunun 8-dək (+994 12) 525 41 30 (daxili 5614, 5043) telefon nömrəsinə zəng edərək, sxa@sosial.gov.az elektron poçt ünvanına məktub göndərərək, yerli filiala yaxınlaşaraq, həmçinin Agentliyin sosial şəbəkə hesabları vasitəsilə qəbula yazıla bilərlər. Vətəndaşlar müraciət etmiş şəxslərin siyahısı əsasında növbəlilik qaydasında qəbul ediləcəklər.

Sevinc
Xəbəri paylaş