Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“ABAD”ın yeni etno-butiki Şərq Bazarında

“ABAD”ın yeni etno-butiki Şərq Bazarında


6 iyun 2022-ci il tarixində “ABAD”ın sayca 12-ci etno-butikinin açılışı baş tutdu. Etno-butik yeni bərpa edilən və açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirak etdiyi Şərq Bazarında fəaliyyət göstərəcək.

Newscenter.az xəbər verir ki, açılış zamanı ölkə prezidenti və birinci xanım "ABAD"ın fəaliyyətə başlayacaq olan yeni etno-butikini ziyarət edərək "ABAD" məhsulları ilə yaxından tanış oldular.

Şərq bazarı 1982-ci ildən paytaxtın simvollarından biri sayılaraq, ölkənin tarixi abidələri siyahısına daxil edilib. Kompleksin təşkili qapalı şərq bazarlarının ənənəvi prinsiplərinə, daxili həyət ideyasına, səciyyəvi şərq günbəzlərinə və ornamentlərinə əsaslanırdı.

2008-ci ildən isə kompleks fəaliyyət üçün yararsız hala gəldi. Lakin, 2018-ci ildə “PMD Projects” qrupu tərəfindən binanın yenidən qurulması işlərinə start verildi.

Beləliklə, "Şərq Bazarı" yenidən öz qapılarını memarlığı, ənənəvi dekorativ-tətbiqi sənəti, bədii sənətkarlığı və şərq mətbəxini sevənlərin üzünə açdı. Bu səbəbdən dekorativ-tətbiqi xalq sənətkarlığının təbliğ və inkişafına töhfə verən qurum kimi “ABAD”ın etno-butikinin burada açılmağı məqsədəmüvafiq hesab edilib. Bununla da, mövcud və gələcəkdə layihəyə daxil olacaq yüzlərlə sənətkar-“ABAD”çının burada, turizm baxımından cəlbedici olan bazarda, məhsulları satışa çıxarılacaq.

Sevinc
Xəbəri paylaş