Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-da Türkiyənin Vaşinqtondakı səfiri Həsən Murat Mərcanla görüşüb. Görüşdə Türkiyə-Azərbaycan münasibətləri müzakirə edilib.
Bu barədə Newscenter.az-a Türkiyənin Vaşinqtondakı Səfirliyindən bildirilib.
Qeyd edilir ki, tərəflər Türkiyə ilə Azərbaycan arasında qardaşlıq münasibətlərini bir daha təsdiqləyiblər. Tərəflər regional məsələlər ətrafında fikir mübadiləsi aparıb.
Görüşdə Azərbaycanın Birləşmiş Ştatlardakı səfiri Xəzər İbrahim də iştirak edib.
Anar TAĞIYEV