Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Təmiz İpək Yolu Pekin Təşəbbüsü” Şəbəkəsinin 3-cü iclası keçirilib

“Təmiz İpək Yolu Pekin Təşəbbüsü” Şəbəkəsinin 3-cü iclası keçirilib


Cari ilin 01-03 iyun tarixlərində Serbiya Respublikasının Belqrad şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsi tərəfindən yaradılmış “Təmiz İpək Yolu Pekin Təşəbbüsü” Şəbəkəsinin 3-cü iclası keçirilib.

Newscenter.az Azərbaycan Respublikasının Baş Prokurorluğuna istinadən xəbər verir ki, 2019-cu ildə Çin Xalq Respublikasının Pekin şəhərində təşkil olunmuş İkinci “Bir Kəmər, Bir Yol- Beynəlxalq Əməkdaşlıq Forumu” zamanı irəli sürülən “Təmiz İpək Yolu Pekin Təşəbbüsü” BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının icrasına dəstək məqsədi ilə sözügedən region ölkələrində beynəlxalq infrastruktur layihələrinin korrupsiyadan azad iqtisadi mühitlərdə maneəsiz inkişafı və şəffaf nəzarət mexanizmlərinə malik milli təsisatların təşviqi çağırışlarına uyğun olaraq yaradılmış bir layihədir.

BMT nümayəndələri, habelə, Türkiyə, Çin, İran, Albaniya, Qazaxıstan, Monqolustan, Qırğızıstan və digər dövlətlərin təmsilçilərinin qatıldığı tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Baş prokurorunun xüsusi tapşırıqlar üzrə köməkçisi Saleh Hacıyev və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru Kamil Kamilli təmsil ediblər.

Mehman
Xəbəri paylaş