Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kambocanın baş naziri azərbaycanlı deputatlarla görüşüb-FOTOLAR

Kambocanın baş naziri azərbaycanlı deputatlarla görüşüb-FOTOLAR


Kamboca Krallığında keçirilən seçkiləri müşahidə edən beynəlxalq missiyanın üzvləri ilə Kambocanın Baş naziri Hun Senlə görüş keçirilib.

Newscenter.az xəbər verir ki, seçkiləri müşahidə edən Azərbaycan parlamentinin deputatları da baş nazirlə görüşdə iştirak ediblər. Bu barədə özünün facebook sosial şəbəkə hesabında məlumat verən Azərbaycan parlament nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Ramin Məmmədov qeyd edib ki, görüşdə Krallığın tarixi, əldə olunan nailiyyətlər və seçkilərin islahatlar kontekstində əhəmiyyətindən danışan Baş nazir Azərbaycan nümayəndə heyəti ilə ayrıca görüşüb.

"Dəyərli həmkarım Soltan Məmmədov və mən cənab Hun Senə Azərbaycanın son illər ərzində əldə etdiyi zəfər və uğurlar haqqında məlumat verərək Vətən müharibəsi dövründə və sonrakı mərhələdə Kambocanın və şəxsən cənab Baş nazirin ölkəmizə sərgilədiyi dəstəyə görə minnətdarlığımızı ifadə etdik".

Mehman
Xəbəri paylaş