Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Laçına və Kəlbəcər rayonlarına qayıdan təsərrüfat sahibləri yanacaq çatışmamazlığından əziyyət çəkirlər

Laçına və Kəlbəcər rayonlarına qayıdan təsərrüfat sahibləri yanacaq çatışmamazlığından əziyyət çəkirlər


Laçına və Kəlbəcər rayonlarına qayıdan təsərrüfat sahibləri yanacaq çatışmamazlığından əziyyət çəkirlər.

Newscenter.az xəbər verir ki, bu fikirləri Laçın rayonundan olan Ərşad Hüseynov səsləndirib. O bildirib ki, artıq həmin rayonlara yüzlərələ təsərrüfat sahibi qayıdıb və bu proses davam etməkdədir:

“Sözsüz ki, onların əksəriyyətinin yük və minik avtomobilləri var. Laçın və Kəlbəcərdə isə hazırda avtomobil yanacağının pərakəndə satışını həyata keçirən heç bir məntəqə (YDM) yoxdur. İnsanlarımız xeyli əziyyət çəkirlər. Orada inşaat və quruculuq işləri ilə məşğul olan şirkətlər öz texnikaları üçün yanacaq gətirirlər və təbii ki, onu satmırlar. Ordumuz da mülki insanları yanacaqla təmin edə bilməz. Ona görə də təcili surətdə bu problem həll edilməlidir”.

Ərşad Hüseynov deyir ki, hələlik ən azından əsas təhlükəsizlik qaydalarına riayət etməklə həmin rayonların hərəsinə 1-2 yanacaq çənli avtomobil göndərmək və ehtiyacı olanlara yanacaq satışını təmin etmək lazımdır: “Bunu YDM şəbəkəsi olan istənilən şirkət bircə gündə təşkil edə bilər. Yetər ki, səlahiyyətli şəxslər belə təşəbbüsü onlara çatdırsınlar”.

Mehman
Xəbəri paylaş