Türkiyənin paytaxtı Ankarada Rusiyanın xarici işlər naziri Sergey Lavrov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında görüş başlayıb.
Newscenter.az-ın məlumatına görə, “Report” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi teleqramda məlumat yayıb.
Qeyd edək ki, tərəflər Rusiya-Türkiyə münasibətlərinin vəziyyəti və inkişaf perspektivlərini müzakirə edəcək, həmçinin Ukrayna, Cənubi Qafqaz, Yaxın Şərq və Şimali Afrika, Mərkəzi Asiya və Qara dəniz regionunda durumla bağlı fikir mübadiləsi aparacaqlar.