Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sədaqət Vəliyeva: Azərbaycanda nümunəvi xarici siyasət həyata keçirilir

Sədaqət Vəliyeva: Azərbaycanda nümunəvi xarici siyasət həyata keçirilir


Bu gün dünyada baş verən qeyri-sabit və mənfi proseslərə baxmayaraq, Azərbaycanda hər bir sahədə dinamik inkişaf müşahidə olunmaqla yanaşı, müstəqil, çoxşaxəli və milli maraqlarımızın qorunmasına hesablanmış xarici siyasət kursu həyata keçirilir. Azərbaycan dövləti tərəfindən bir sıra dünya miqyaslı enerji layihələri icra olunur, dünya dövlətləri ilə əməkdaşlıq daha da genişləndirilir, ölkələrarası səfərlər və görüşlər həyata keçirilir.

Bunu Newscenter.az-a Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-a səfər edib:

“Dünyanın supergüc dövlətlərindən olan ABŞ-a edilmiş bu səfər ölkəmizin dünya miqyasındakı mövqeyinin və beynəlxalq aləmdə güclü tərəfdaş kimi qəbul edilməsinin göstəricisidir. Səfər çərçivəsində Hikmət Hacıyev bir sıra ABŞ rəsmiləri ilə görüşlər keçirdi. Keçirilmiş bu görüşlər regional məsələlərlə bağlı və Azərbaycan-ABŞ tərəfdaşlığının inkşafı baxımından xeyli səmərəli oldu”.

Bu gün Azərbaycanda nümunəvi xarici siyasət həyata keçirilir. Bunun da nəticəsidir ki, ölkəmiz bir sıra dünya miqyaslı layihələri icra edir, böyük əhəmiyyətli tədbirlərə ev sahibliyi edir, dünya dövlətləri ilə əlaqələri daha da möhkəmləndirir, müttəfiqlik münasibətləri qurur – deyən Sədaqət Vəliyeva əlavə edib ki, Bütün bunlar ölkə başçısı, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik xarici siyasətin nəticəsidir:

“Azərbaycanın maraqlarının təmin olunduğu və sülhə, sabitliyə, tərəqqiyə hesablanmış bu siyasət ölkəmizin gələcək inkşafının təminatıdır”.

Ruhiyyə
Xəbəri paylaş