Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli Türk Dövlətləri Təşkilatı Baş katibinin müavini Qismət Gözəlovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Newscenter.az xəbər verir ki, Qazaxıstanda keçirilən referendumu müşahidə etmək üçün gələn nümayəndə heyəti Türk Kitabxanasını və muzeyini ziyarət edib, təşkilatın işi ilə tanış olublar.
Görüşdə D.Kıdıralı Akademiya tərəfindən həyata keçirilən layihə və planlar haqqında qonaqlara məlumat verdi. Tərəflər həmçinin Türk dünyası ilə təhsil və elm sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar.
TDT Baş katibinin müavini K. Gözəlov təşkilatın elmi və humanitar əməkdaşlıq sahəsindəki işini yüksək qiymətləndirib.
Sevinc