Rusiya Prezidenti Vladimir Putin özünü imperator I Pyotrla müqayisə edib.
Newscenter.az-ın məlumatına görə, "Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin gənc sahibkarlarla görüşündə deyib.
"I Pyotrun 350 illiyinə həsr olunmuş sərgidə idik. Demək olar ki, heç nə dəyişməyib. I Pyotr 21 il Şimal müharibəsində vuruşub. Deyəsən, İsveçlə döyüşüb. Əvvəl uğursuz olsa da, sonradan qayıdıb gücləndi. Görünür, bizim də qismətimizə düşüb ki, qayıdaq və güclənək”.