Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ağstafa Rayon İcra Hakimiyyətinin Başçısı Seymur Orucov İctimai Şuranın üzvləri ilə görüşüb

Ağstafa Rayon İcra Hakimiyyətinin Başçısı Seymur Orucov İctimai Şuranın üzvləri ilə görüşüb


Ağstafa Rayon İcra Hakimiyyətinin Başçısı Seymur Orucov İctimai Şuranın üzvləri ilə görüşüb.

Newscenter.az xəbər verir ki, Seymur Orucov İctimai Şuranın tərkibinin formalaşdırılması məqsədilə keçirilmiş seçkilərdə uğur qazanaraq seçilmiş Şura üzvlərinin hər birini təbrik edib, onlara fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.

İctimai Şura ictimaiyyətlə qarşılıqlı fəaliyyətin gücləndirilməsi, sağlam dialoqun qurulması, eləcə də şəffaflığın təmin edilməsində böyük rola malik olduğunu vurğulayıb.

İcra Başçısı Rayon üzrə mövcud vəziyyət və perspektivlər barədə ətraflı danışıb, İctimai Şura üzvlərinin rəy və təkliflərini dinləyib.

Ağstafa rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri icra Başçısı Seymur Orucova səmimi ortamda keçən görüşə görə minnətdarlıqlarını bildiriblər. Onlar ictimai iştirakçılığın təmin olunmasının yerli icra hakimiyyətinin işinə müsbət istiqamətdə təsir göstərəcəyinə əminliklərini ifadə ediblər.

Mehman
Xəbəri paylaş