“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 iyun 2022-ci il tarixinədək 591,6 milyon tona yaxın neft (kondensatla birlikdə) hasil edilib.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Energetika Nazirliyi yayıb. Bildirilib ki, “Azəri-Çıraq-Günəşli”dən 555,3 milyon ton neft, “Şahdəniz”dən isə 36,3 milyon ton kondensat çıxarılıb. “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 2022-ci ilin 01 iyun tarixinədək 591 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql edilib.
Yataqlar istismara veriləndən bu ilin 01 iyun tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 195,9 milyard kubmetrə yaxın, “Şahdəniz”dən isə 168 milyard kubmetrdən çox qaz hasil olunub. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 116 milyard kubmetrdən çox həcmi ixraca nəql edilib.
Ölkədə neftin emalı 2022-ci ilin yanvar-may aylarında 2,3 milyon ton təşkil edib.
Sevinc